Məşhur fransız aktyoru vəfat etdi

1424267844Məşhur fransız aktyoru Lui Curdan vəfat edib.

Axar.az İngiltərənin Digital Spy saytına istinadən xəbər verir ki, aktyor 93 yaşında Los-Ancelesdəki evində ölüb. Aktyorun ölüm xəbərini onun bioqrafiyasını yazan Oliver Min açıqlayıb.

Lui Curdan özünəməxsus fransız aksenti ilə danışmağıyla tanınıb.

Xatırladaq ki, əsl adı Lui Robert Qendr olan marsiliyalı aktyor 1930-cu illərin sonunda artıq illərdi ki, fransız kinosunun tanınmış simalarından biri idi. Fransız inqilabında iştirak etdiyi üçün İkinci Dünya Müharibəsindən sonra Hollivuda köçərək orada yaşayıb. Özünü “Hollivudun fransız klişesi” olaraq görən aktyorun ən yaxşı filmləri 1950-60-cı illərdə çəkilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR