İllər keçsədə dünyanın ən cazibədar və gözəl qadınlarından biri hesab edilən Monika Beluççi kameralar qarşısına keçib. ANS PRESS-in məlumatına görə, Hollivud ulduzu və Deniel Kreyq yeni “Ceyms Bond” filminin fotosessiyasında iştirak edib.
Çəkilişlər Romada həyata keçirilib.
Ən məşhur cəsus haqqında silsilə filmlərdən növbətinin çəkilişləri tam süqrətlə davam edir. Artıq çəkiliş qrupu Avstryadakı çəkilişləri başa vurub.
50 yaşlı Beluççi və ən yaraşıqlı kişilərdən biri bir neçə günə “Spekta” adlanan filmin İtaliya çəkilişlərinə başlayacaqlar.
Filmin ulduzları Romanın ən məşhur yerlərinin fonunda fotolar çəkdiriblər. Onları İtaliyanın mədəniyyət naziri Dario Françesçini ilə Romanın meri də də müşayiət edib.
Gözəlliyi ilə gənclərə meydan oxuyan ulduz çəkiliş mərasiminə al qırmızı rəngli don ilə qatılıb. Onun obrazını isə sadə sırğalar və qara dikdaban ayaqqabısı tamamlayıb.
Xatırladaq ki, “Bondiana”nın çəkilişəri Britaniya, Mərakeş və Meksikada da aparılacaq.
Filmin premyerası bu ilin payızına nəzərdə tutulub.