“Getdiyiniz Həcc sizə qənim olsun” – Araz Əlizadə

1424701340_0001“Dolların kursunun qalxmasından bəzi işbazlar istifadə edərək, süni şəkildə qiymət artırırlar”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə söyləyib.

Onun sözlərinə görə, xüsusən biznesmen-hacılar bu məsələdə fəallıq göstərir:

“Heç kimə sirr deyil ki, bu gün ölkədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan, supermarket işlədən biznesmenlərin çoxu Hacılardır. Getdiyiniz Həcc ziyarəti sizə qənim olsun. Dolların kursu qalxmamışdan öncə aldığınız malları gizlədib, niyə satışa çıxarmırsınız. Bunun nə dinlə, nə insanlıqla, nə də mənəvi dəyərlərlə bir bağlılığı var. Əgər sən belə günahkar və şərəfsiz əməllərə əl atacaqdınsa, niyə Hacc ziyarətinə gedirdin?! Hesab edirəm ki, dövlət hər şeyi nəzarətdə saxlayır. Buna görə, narahatlıq keçirməyə və təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə bəzi işbazlar bu vəziyyətdən sui-istifadə edib, əhalini ajiotaj altında saxlayırlar. Həmin sahibkarlar haqqında təcili ölçü götürülməlidir. İmkan vermək olmaz ki, hansısa axmaq və şərəfsiz bu vəziyyətdə “moşenniklik” etsin, insanları aldatmağa çalışsın. Hüquq-mühafizə orqanları bu sahibkarlar haqda sərt tədbir görməlidir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR