ANS PRESS-in məlumatına görə, rejissor Gülsina Mirqaliyevanın quruluşunu verdiyi tamaşada Tomirisin Qazaxıstanda yaşadığı iddia edilir. Bu, yunan tarixçisi Herodotun öz “Tarix” əsərində əfsanəvi qadın hökmdarın Azərbaycanda yaşaması ilə bağlı yazdıqlarına ziddir. Bizim eradan əvvəl 570-520-ci illərdə Azərbaycan yaşamış əfsanəvi sak-massget hökmdarı Tomiris həm də tarixə İran şahı Kirin başını kəsmiş hökmdar kimi də düşüb.
Herodotun yazdığına görə, yarımköçəri sak-massaget tayfaları Araz və Kür boyunca miqrasiya edərək yayda Qərbi Azərbaycanda (Göyçə -Ağbaba regionunda), qışda isə Aranda (Mil, Muğan və Qarabağda) yaşayırmışlar. Tək Tanrıya inanan sak-massagetlər günəşi Tanrının simvolu sayırdılar.
Azərbaycanda sonradan ulus qurmuş albanlar və xəzərlər sak-massagetlərin törəmələri sayılır.