Azərbaycanlı futbolçu “əqrəb zərbəsini” yerinə yetirdi – VİDEO

pic_217e77f4d03fc98d80551f53f8ee9a9aNurlan Novruzov premyer-liqanın matçında tamaşaçıları təəccübləndirib.

“Bakı”nın futbolçusu Nurlan Novruzov “Xəzər-Lənkəran” (1:2) ilə Topaz turunun premyer liqasının 24-cü matçında yalnız vurduğu qolla deyil, eləcə də iştirakçısı olduğu maraqlı epizodla yadda qalıb.

Oxu.Az xəbər verir ki, Novruzov əlləri üstə duraraq ayağı ilə cərimə zərbəsindən sonra qapıya tuşlanan topu qaytarıb.

Bir çoxları Nurlanın zərbəsini ilk dəfə Kolumbiya qapıçısı Rene İgita tərəfindən vurulan “əqrəb zərbəsi” ilə müqayisə etməyə tələsiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR