Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar

pint_2526392b“Özümü alçaldılmış hesab edirəm”.

Bakının mərkəzində – Tolstoy küçəsində yerləşən “Refresh” adlı “Pub-Kafe”yə azərbaycanlılar buraxılmır.

Qafqaznews.az xəbər verir ki, bu barədə Arqument.Az-a jurnalist Pərviz Əzimovməlumat verib.

O bildirib:

“Şəhərdə “Refresh” adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlılara bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyeni qorumaq istəyirlər. Ancaq umumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda 1 pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.

İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var ve çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR