Rza Zərrabın 70 minlik tələbi rədd edildi

54796Məhkəmə iş adamın iddiasının qanuni əsasının olmadığını bəyan edib

Türkiyədə “17 dekabr” qalmaqalı səbəbindən bir müddət həbsdə qalan azərbaycanlı iş adamı Rza Zərrabın CHP başqanın köməkçisi Sezgin Tanrıkuluya qarşı qaldrdığı 70 min lirəlik iddiası məhkəmə tərəfindən rədd edilib.

ANS PRESS-in məlumatına görə, Rza Zərrab Məhkəmə millət vəkili insan hüquqlarını pozmaqda ittiham edərək belə bir iddia qaldırmışdı.

Belə ki, “17 dekabr” hadisələri zamanı CHP-li millət vəkili Rza Zərraba 14 sual ünvanlamış və onun ittiham olunduğu korrupsiya əməliyyatına aydınlıq gətirməyi tələb etmişdi. Rza Zərrab isə bu sualları insan haqlarına zidd oldğunu əsas gətirərək hər sual üçün 5 min lirə təzminat tələb etmişdi.

Rza Zərrabın iştirak etmədiyi məhkəmə prosesində Sezgin Tanrıkulu və onun vəkilləri təzminat tələblərinin qanuna zidd oldğunu bildiriblər. Və belə sualların verilməsinin millət vəkillərinin səlahiyyətində olduğunu deyiblər.

Məhkəmə də Rza Zərrabın iddiasının qanuni əsası olmadığını əsas gətirərək təzminat tələblərini rədd edib.

Məhkəmə qarşısında jurnalistlərin suallarını cavablayan CHP-li millət vəkili verdiyi açıqlamada Rza Zərraba ünvanladığı suallarda təhqir elementi olmadığını deyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR