Avtobusların marşrutu dəyişir – VİDEO

6a4d5cNəqliyyat Nazirliyi bununla bağlı xüsusi sxem hazırlayıb

I Yay Avropa oyunları ilə əlaqədar hərəkət istiqaməti dəyişdiriləcək marşrut avtobusları bəlli oldu. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, artıq Nəqliyyat Nazirliyi bununla bağlı xüsusi sxem hazırlayıb. Sxemdə oyunların təşkil olunduğu ərazilərdə hərəkət edən marşurut avtobuslarının nömrələri yer alıb. Belə ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 133, 171, 1 saylı avtobusların, eləcə də Bayıl istiqamətində xəttə çıxan 120,124, 88 saylı avtobusların hərəkət istiqamətində dəyişikliklər olacaq. Hazırda sxem üzərində işlər aparılır. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, oyunların keçirildiyi daha bir neçə ünvanda avtobusların hərəkət istiqaməti dəyişdiriləcək. NN-in mətbuat xidmətinin rəhbəri Namiq Həsənov avtobusların dəyişəcək istiqamətinin aprel ayında açıqlanacağını bildirdi. İstiqaməti dəyişdirilən avtobuslar üçün alternativ yollar müəyyən ediləcək.

Hazırda Nazirlik istiqaməti dəyişdiriləcək avtobusların mənzil başına rahat çatması üçün alternativ yollar axtarır. Qurumdan bildirirlər ki, sərnişinlər bu alternativ yollar vasitəsi ilə əvvəlki qaydada istədikləri ünvana gedə biləcəklər. Bu işlərin həyata keçirilməsində məqsəd isə oyunlar ərəfəsində yollardakı xoşagəlməz halların qarşısını almaqdır.

Nazirlikdən şəxsi avtomobil sürücülərinə də xəbərdarlıq olunur ki, mümkün qədər ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR