Eldar Əzizovu heç nə kövrəldə bilməz – FOTOLAR

1426137077_0001 (1)Bir neçə gün öncə Milli.Az saytında “Sumqayıtlılardan şəhəri qorumaq üçün kövrək addım” başlıqlı yazı getmişdi.

Xəbərdə bildirilirdi ki, Sumqayıtın Kotec adlanan ərazisində, Mehdi Hüseynzadə və Qorki küçələrinin kəsişdiyi yerdə sakinlər ağacların hamısını işarələyib və sayını qeyd ediblər. Hər bir ağacın üzərinə nömrə qoyublar. Ağaclığın içindəki metal lövhəyə isə “Parka dəymə! Bu park uşaqlarındır!” sözlərini də yazıblar. Sakinlər qeydləri etdikləri tarixi də yazıblar. Həmin yazılar bu ilin fevral ayının 16-da yazılıb.

Sakinlərin belə addım atmaları səbəbsiz deyil. Bir neçə gün əvvəl 3-4 nəfər gəlib bu ərazidə ölçü-biçi aparıblar. Həmin şəxslərin yanında icra hakimiyyətində çalışan vəzifəli şəxs də olub. Odur ki, sakinlər onların nəfəslərini kəsməyə çalışan yaşıllıq qənimlərinə qarşı bu cür mübarizə üsulu seçiblər. Ağacları son zamanlar qiymətə minən dollar sevdalılarından qorumaq üçün sona qədər dirənəcəklərini deyirlər.

Sayt doğrudan da, narahatçılıq üçün əsasın olub-olmadığını araşdırmağa çalışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, nazirliyin müvafiq qurumunun əməkdaşları Sumqayıt şəhərində həmin hadisəni araşdırıblar. Məlum olub ki, Mehdi Hüseynzadə və Qorki küçələrinin kəsişdiyi yerdə ağaclar üçün təhlükə yoxdur. Şəhər İcra Hakimiyyətindən nazirliyə bildiriblər ki, həmin ərazidə abadlıq işləri görülməsi nəzərdə tutulub. Ona görə, də icra hakimiyyətinin nümayəndələri həmin əraziyə baxış keçiriblər. Həmin şəxslərin ərazidə görünməsi və ölçü-biçi işləri aparması sakinlərin narahatçılığına səbəb olub.

İradə İbrahimova bildirib ki, qeyd olunan ərazi nazirliyin nəzarətinə götürülüb. Orada ağacların kəsilməməsi üçün lazımi tədbirlər görülüb.

1426137138_04 1426137080_05 1426137099_01 1426137100_03 1426137103_02 1426137108_07 1426137130_06

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR