Cəsədlər yanaraq tanınmaz hala düşüb.Meksikanın Sinaloa ştatında yüngül motorlu təyyarənin qəzaya uğraması nəticəsində azı 5 nəfər ölüb.Qafqaznews.az Apa-ya istinadən xəbər verir ki, altı nəfərlik “Cessna” tipli təyyarə Quasave şəhəri yaxınlığında yerə düşərək yanıb.Yerli hüquq-mühafizə orqanı nümayəndələri sərnişinlərin şəxsiyyətlərinin müəyyən edilməsində problem yarana biləcəyini bildiriblər. Buna səbəb kimi cəsədlərin yanaraq tanınmaz hala düşməsi göstərilir.
Tweet