
“Qafqazinfo”nun məlumatına görə, teleaparıcı “Gündəlik” verilişində yeni rəqsini təqdim edən rəqqasəyə iradını bildirib. Daha sonra “Onlar” verilişinin kamerası qarşısına keçən Fətəliyeva göz yaşı töküb:
“Mən sevdiyim verilişə gəlmişəm. Kaş Mətanət iradını canlı verilişdə yox, kənarda bildirərdi. Burada mən yox, müəllimim tənqid olundu. Bu rəqsi təzə qurmuşuq. Kaş digər şou-biznes nümayəndələrinə oxşayardım, efirdə artistlik edə bilim. Mən güclü qadınam. Məni sevməyənlər sevinməsin. Mən hər şeyi əziyyətimlə etmişəm”.