İsveçdə restorana silahlı hücum VİDEO

86435Qeteborq şəhərində baş vermiş hadisə nəticəsində ölənlər və yaralananlar var

İsveçdə restoranlardan biri silahlı hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, hadisə ölkənin ikinci böyük şəhəri olan Qeteborqda baş verib.

Naməlum şəxslərin restorana açdığı atəş nəticəsində 2 nəfər öldüyü, 8 nəfərin isə və yaralandığı bildirilir.

Polis rəsmiləri hadisənin avtomat silahla həyata keçirildiyini, hadisəni törədənlər barədə hələlik hər hansı bir məlumat olmadığını deyiblər.

Hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub.

Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR