ATV-nin vitse-prezidentinin arvadı intihar etdi

1426753023Bakıda intihar hadisəsi baş verib.   Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib.   İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, intihar edən qadın ATV-nin vitse-prezidenti, yazıçı Məqsəd Nurun həyat yoldaşıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR