Kitabxanalar azalır, gecə barları artır…(FOTO)

1398406865-592Mədəniyyət naziri Əbülfəz  Qarayev  hara baxır..?

Bu gün çoxlarının bəyənmədiyi  sovet rejimi  əhalinin  savadsızlığını ləğv eləmək üçün az qala hər kənddə bir kitabxana açdı, həmin kitabxanaları təkcə Azərbaycan ədəbiyyatı ilə deyil, dünya ədəbiyyatının nümunələri ilə təmin etdi. Əlbəttə bütün bunlar dövlətdən kifayət qədər maliyyə xərci tələb edirdi. Ancaq buna baxmayaraq öz vətəndaşlarının qayğısına qalan dövlət bu addımı atmağa məcbur idi. Çünki savadsızlıq özü ilə cəhalət gətirir, savadsız insanlar öz hüquqlarını bilmirlər.

Çox təəssüf ki, son illər nəinki ucqar  kəndlərimizdə, rayonlarımızda, hətta dövlətimizin paytaxtı Bakıda kitabxanaların sayı günbəgün azalır. Kitabxanaların yerində gecə barları, disko-klublar peyda olur. Əlbəttə əyləncə və istirahət də lazımdır. Ancaq cəmiyyətin başı əyləncəyə  qarışanda böyük fəlakətlər yaranır.Qafqaz Xəbər Agentliyinin redaksiyasına daxil olan məlumatda bildirilir ki, 5 saylı xəstəxana ilə üzbəüz  Fətəli Xan Xoyski küçəsi 120, 123 saylı binada Abdulla Şaiq adına Uşaq kitabxanası yerləşirdi. İki ildən artqıdır ki, kitabxananın yerində, daha doğrusu zirzəmisində “Klub 45”  adlı gecə barı  fəaliyyət göstərir. Kitabxana isə bir ildir ki, yoxa çıxıb.

Bu  yaxınlarda  H.Aslanov metrosu yaxınlığında Şah İsmayıl Xətai adına kütləvi kitabxananın da yarısı satılıb…Kitabxananın  satılan  hissəsində  RİAD adlı mühafizə şirkəti  məskunlaşıb.

Kitabxanaların sürətlə özəlləşdiriləməsi və öz təyinatına uyğun olmayan fəaliyyət  sahəsinə istiqamətləndirilməsinə Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət İdarəsi təhbərlik edir. İdarənin rəisi Əlikram Əliyev  Bakıdakı kitabxanaları sata-sata gedir. Bəs, görəsən, mədəniyyət naziri Əbülfəz Qarayevin başı hara qarışıb..?

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

20131229_132929_resized 20131229_132949_resized

20131229_132908_resized 20131229_132922_resized 20131229_132944_resized 20131229_132946_resized

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR