20 yaşlı gənc qızın öldürüldüyü avtobusu bir iş adamı aldı

358601 ay öncə Türkiyədə yaşanan cinayət hələ də unudulmayıb. 20 yaşlı universitet tələbəsi Özgecan Aslanın öldürüldüyü avtobusu Ayhan Kara adlı bir iş adamı alıb. Hataydan olan Ayhan Kara, avtobusu səyyar kitabxanaya çevirib. O, bildirib ki, avtobus Türkiyənin bütün şəhərlərini bir-bir gəzəcək və kitab oxumaq istəyənlər istədikləri kitabı pul ödəmədən bu avtobusdan götürə biləcəklər.
Xatırladaq ki, universitet tələbəsi 20 yaşlı Özgecan Aslan 1 ay öncə dəhşətli qəddarlıqla öldürülüb. Gənc qız evə gəlməyincə, ailəsi polisə müraciət etmək məcburiyyətində qalıb. 2 gün axtarılan gənc qızın cəsədi tapılıb. Məlum olub ki, gənc qız Çamalan kəndi yaxınlığında təcavüzə məruz qalıb və döyülərək öldürülüb. Daha sonra qızın cəsədi dərəyə aparılaraq yandırılıb. Türkiyə mediasında yer alan məlumatlara görə, 20 yaşlı Özgecan, 11 fevral tarixində universitetdən çıxdıqdan sonra alış-veriş mərkəzinə gedib. Alış-veriş mərkəzindən ayrılan Özgecan Aslan, daha sonra şəhərlərarası sərnişin daşıyan mikroavtobusa minib. Sürücü mikroavtobusda qızın tək qaldığını görüncə ona təcavüz etmək istəyib. Qızın müqavimət göstərdiyini görən sürücü, onu öldürüb. Cinayəti törədənlərin məhkəməsi isə hələ ki, davam edir.
Bizimyol.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR