İndi də A.Oktarın xanımı hovuz kənarında yarıçılpaq pozalarda şəkillər çəkdirərək sosial şəbəkələrdə yayıbAzərbaycanda “Harun Yəhya” kimi tanınan Adnan Oktarın xanımı Gülşah Gülyetmez də bikinili fotolarını yayan “kedicik”lərə qatılıb. A.Oktarın Türkiyənin A9 telekanalındakı daimi aparıcılarının arasında G.Gülyetməz də var.
“Kediciklər” adı ilə tanınan, hər biri dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalmış bu xanımlar arasında bikinili fotolu “debüt”ü Tülay Kumaşçı etmişdi.
İndi də A.Oktarın xanımı hovuz kənarında yarıçılpaq pozalarda şəkillər çəkdirərək sosial şəbəkələrdə yayıb.
“Maşallah, mömin, İslama tapınan və Allaha sitayiş edən müsəlman xanımam. İnşallah, bu fotolarımın mənasını mən düşündüyüm kimi anlayacaqsınız. Çünki gözəl Allahımızın qadına verdiyi gözəlliyi qapatmaq caiz deyil inşallah”, – G.Gülyetməz bildirib.