Mark Zükerberqin “sürətli və qəzəbli” qonağı (FOTO)

87499“Facebook” sosial şəbəkəsi qurucusu ulduz aktyorla bir arada…

“Facebook” sosial şəbəkəsi qurucusu məşhur Hollivud aktyoru ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, Azərbaycanda “Forsaj” adı ilə tanınan “Fast & Furious” (Sürətli və qəzəbli) filminin ulduzu Vin Dizel “Facebook” sosial şəbəkə qurucusu mark Zükerberqlə bir araya gəlib.

Ötən gün vizyona girən filmin 7-cisində baş rolda çəkilən Vin Dizel “Facebook”un ofisində olub. Bu barədə şirkətin rəhbəri xəbər verib.

“Vin Dizel tanınmış bir insan kimi “Facebook”la bağlı öz təcrübəsini bizimlə bölüşdü. 87 milyondan çox izləyicisi olan aktyor ismarışları da özü cavablandırır. Mən onun filmlərini xoşlayıram, filmləri kimi onunla danışmaq da xoş oldu. Bu gecə “Fast & Furious” (Sürətli və qəzəbli) filminin 7-cisinə baxıram”, – deyə M.Zükerberq bildirib.

Qeyd edək ki, bu həftə vizyona girən”Sürətli və Qəzəbli 7″ filmində 2013-cü ildə avtomobil qəzasında dünyasını dəyişmiş Pol Volker də çəkilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR