19 yaşlı qız avtobusda soyundu (FOTO)

87620Bununla o sürücülərin qiymət artımı tələbinə etiraz edib

Bir müddət öncə Rusiyada çılpaq soyunaraq küçənin ortasında etirazını dilə gətirən model yenə gündəmə gəlib. ANS PRESS-in məlumatına görə, 19 yaşlı Liana Klevtsova bu dəfə ictimai nəqliyyatdakı qiymətlərə etiraz edib.

O sərnişin avtobusunun salonunda çılpaq qalıb. Son aksiyasında o özünə yoldaş da tapıb. Liananın aksiyasında avtobus sürücülərindən biri də iştirak edib.

Qızın yeni aksiyasına səbəb isə avtobus sürücülərinin qiymətin artırılması tələbi ilə keçirdikləri aksiya olub. “Layihəm “Gediş haqqı:belə lazımdır” adlanıb. Əgər region rəhbərliyi qiymətlərə nəzarət etməsə ya sərnişinlər, ya da sürücülər lüt qalacaqlar. Heç kim itki ilə işləmək istəmir”.

Qeyd edək ki, bu 19 yaşlı Liananın ilk aksiyası deyil. Bundan öncə də qız soyunaraq “Çılpaq həqiqət” adlı aksiya keçirib. O, İrkutskdakı “Sberbank”ın qarşısında lüt soyunub və şəkil çəkdirərək internetdə yayıb. Onun məqsədi insanların diqqətini qiymət artımına, problemlərin ciddiliyinə yönəltmək olub.

Liananın növbəti etiraz aksiyası isə benzinin qiymətinin artımına qarşı olub. Buna görə də o, bir yanacaq doldurma məntəqəsinin qarşısında soyunaraq şəkil çəkdirib.

9d63772aae90

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR