Bürclər (1 sentyabr)

img1499471QOÇ – O qədər də uğurlu gün deyil. Daxili sıxıntılarınız, səhhətinizlə bağlı problemlər, eləcə də mövcud şəraitdən narazılığınız əhvalınızı aşağı sala bilər. Yalnız qazanmaq şansınız var.
BUĞA – Ulduzlar bütün səlahiyyəti öz əlinizə verəcək. Odur ki, hər bir məsələdə obyektiv qərarlar qəbul etməlisiniz. Ətrafınızda olanlarla xoş davranın. Pulla bağlı diqqətli olun.
ƏKİZLƏR – İlk öncə ailə-sevgi münasibətlərini yaxşılaşdırın ki, gərginliyiniz azalsın. Günün ikinci yarısında sürprizlər mümkündür. Şəxsi büdcənizi artırmaq ehtimalınız da var. Yaxın səfərə çıxmağa dəyər.
XƏRÇƏNG – Kifayət qədər gərgin gün olduğundan tədbirli və ehtiyatlı olmağı unutmayın. Özünüzü istənilən təzyiq və təxribatdan qoruyun. Nəqliyyatda isə xüsusilə diqqətli olmalısınız.
ŞİR – Hansısa qanqaraldan hadisə gözlənilmir. Şübhə ilə yanaşdığınız adamları isə ittiham etməyə tələsməyin. Sizə hadisələri dərindən analiz etmək lazımdır. Nahar ərəfəsində təklif ala bilərsiniz.
QIZ – Bəri başdan nəzərinizə çatdıraq ki, bu təqvim sizin üçün daha çox maraqlı görüş və xoş təsadüflərlə yadda qalacaq. Çalışın ki, əsas vaxtınızı ailə-sevgi münasibətlərinə həsr edəsiniz.
TƏRƏZİ – Təzə ayın bu ilk günündə ulduzlar sizə daha çox istirahət vəd edir. Maraqlı sürprizlər, qonaqlıqlar yolunuzu gözləyir. Nahardan sonrakı saatlarda ovqatınızı yüksəldən insanlarla rastlaşacaqsınız.
ƏQRƏB – Hiss olunur ki, hansısa məsələyə görə tərəddüd içində qalmısınız. Əgər özünüz qərar çıxara bilmirsinizsə, etibar etdiyiniz insanlarla məsləhətləşin. Ayın bürcünüzdə olduğunu da unutmayın.
OXATAN – Bəri başdan nəzərinizə çatdıraq ki, bu gün uzaq səfərə çıxmağınız məsləhət deyil. Vaxtınızı ailənizlə və ya müştərək fəaliyyət göstərdiyiniz dostlarınızla birlikdə keçirin.
OĞLAQ – Məhəbbət və pul. Göy qübbəsi bu gün sizə məhz bu iki sahədə uğurlar bəxş edəcək. Deməli, büdcənizi ağırlaşdırıb sevdiyiniz adamla maraqlı bir təqvim yarada biləcəksiniz. Hər halda, uğurlar!
SUTÖKƏN – Düşünülməmiş risklərdən uzaq olsanız, ulduzlar sizi incitməyəcək, əksinə, günün sonuna qədər ovqatınızın xoş olması üçün canfəşanlıq göstərəcək. Axşam təzə xəbərlər də gözlənilir.
BALIQLAR – Dünənki ovqatınız bu gün də davam edəcək. Ətrafınızda hər şey gözəl olacaq. Hətta maddi durumunuz imkan versə, səfər də etmək olar. Şəxsi işlərinizdə isə dönüş gözlənilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR