SOCAR prezidenti Tbilisidə yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib – FOTO

bcc61c66-01f5-416c-9eec-ff621c670724_292Gürcüstanın paytaxtı Tbilisidə ” SOCAR-Georgia”nın yeni qazdoldurma məntəqəsi istifadəyə verilib. “Report” xəbər verir ki, mərasimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, Azərbaycan və Gürcüstanın rəsmi şəxsləri iştirak edib. Açılış mərasimində qeyd olunub ki, Gürcüstanda “SOCAR-Georgia”-nın 113 yanacaqdoldurma məntəqəsi var ki, olardan 26-sı qazdoldurma stansiyasıdır.

R.Abdullayev səfər çərçivəsində Gürcüstan rəhbərliyi ilə görüşüb. Görüşlərdə iki ölkənin iqtisadi əlaqələri, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan şirkətlərinin Gürcüstana sərmayə qoyması məsələləri müzakirə olunub.

SOCAR prezidenti bildirib ki, Gürcüstan tərəfi Azərbaycan şirkətlərinin Gürcüstana daha çox sərmayə yatırması xahişi ilə müraciət edib. Onun sözlərinə görə, hazırda bu müraciətə baxılır, Azərbaycan şirkətləri sərmayə yatırılacaq sahələri araşdırırlar.

b8963120-76ea-427d-9019-8642af0e09fc_292 3089e321-0d68-4e26-8039-4bf436226497_292

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR