Bu ata-oğul nədən narazıdır..?
Bu cəmiyyətdə qəribə mənzərələrlə rastlaşırıq. Kasıbın, imkansızın üzündə qəzəb, kin-küdurət görəndə haradasa başa düşmək olur. Düşünürsən ki, bu öz etirazını, acığını bəlkə belə bildirir. Yaxud Qarabağ savaşında əlini-qolunu itirib bu gün ailəsini çətinliklə dolandıran veteranın üzündəki qəzəbi, aqressiyanı da təbii qəbul edirik. Çünki başqa cür ola bilməz. Lap Vaqif Səmədoğlunun tamaşasındakı məşhur “Bolşe zəhrimarrr…” ifadəsi yada düşür. Amma görəsən bu cavan oğlanın üzündəki “zəhrimar”ın səbəbi nədir? Qarabağda torpaqlarımız uğrunda savaşmayıb, Allah eləməmiş əlini-qolunu itirməyib, evsiz-eşiksiz deyil…. Ya da kasıb, imkansız, işsiz-gücsüz də deyil ki, deyəsən bu səbəbdən üzündən zəhrimar yağır… Üzündən zəhrimar yağan bu cavan oğlanın atası – “Texnikabank”ın Müşahidə Şurasının sədri Etibar Əliyev dələduzluq əməli ilə bağlı bir neçə il əvvəl, daha dəqiq desək, 10 mart 2012-ci il tarixdə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs edildi. Əlbəttə, əməlinə görə. Amma himayədarları tələsik işə düşərək onu həbsxanadan qurtardılar: Bakı Ağır Cinayətlər Məhkəməsi tibbi ekspertizanın rəyini nəzərə alaraq Etibar Əliyevin səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməməsi barədə qərar çıxardı və həbsdən azad etdi.
Təsəvvür edirsiniz, ortada bu qədər ağır cinayət(lər) ola-ola müttəhimi azadlığa buraxırlar. Gör, humanistliyin “doza” sına bax eee…. Bəs, görəsən dövlətdən bu qədər “humanlistlik” görən ailənin oğlu niyə bu qədər aqressivdir? Ümumiyyətlə, bu cavan oğlanın üzündən yağan bu qəzəbin kökündə nə dayanır? Ata “krupnıy” cinayətkardır, amma onu əfv edirlər..? Ata qanunsuz yollarla milyonlara sahib olub, mülklər-villalar, bir sözlə hər şey… Atanın tay-tuşları savaşıblar, vətən uğrunda can qoyublar, bu ata-oğullar isə savaşmadan, vuruşmadan, can qoymadan milyonlara sahib olublar.
Bəs, bunların içindəki qəzəb, üzlərindəki həsəd nədir? Bunlar nədən narazıdılar..? Bakı şəhərində xeyli sayda obyekt, mülk, villa və sairə. Bəs, bu ölkədən nə istəyirsiniz? Nəyiniz çatışmır..? Bu ölkəyə nə vermisiniz ki, ala bilmirsiniz? Bəlkə, bu ölkə uğrunda can qoymusunuz? Can qoymağınız yox ee, hətta bir tükünüzdən keçmədiyiniz ölkənin paytaxtında “ Babək Plaza” kimi böyük bir obyekti icarəyə verib milyonlar qazanırsınız. Bütün bunlar azmış kimi insanları incidirsiniz. Bəli, Etibar Əliyev qazandıqlarının (əslində xalqdan oğurladıqlarının) hamısını bir gecənin içində oğlu Kəramətin adına keçirdi. Heç şah oğlu Şah Abbasın oğlu da öz atasından belə hədiyyə almamışdı. Amma bu cavan oğlan yenə hamıdan narazıdır. Yazır ki…biz ayağa qalxdıq…. Görəsən, Kəramət kimin üstünə gedir…? Lap tamaşadakı kimi: ayəə, qaçın, üstümüzə Kəramət gəlir…
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)