Gürcüstan prezidenti “erməni soyqırımı”na getmir

geoTbilisi Lukaşenkonu qarşılamağa hazırlaşır.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili 23-24 aprel tarixində İrəvanda qondarma “erməni soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə İnterfaks məlumat yayıb.

“Gürcüstan prezidentinin adına 23-24 aprel tarixində İrəvana səfər etməklə bağlı Ermənistan tərəfindən rəsmi dəvət daxil olub. Diplomatik kanallar vasitəsilə erməni həmkarlara bildirildi ki, məhz bu ərəfədə Belarus prezidenti Aleksandr Lukaşenko Gürcüstana rəsmi səfərə gələcək və onu prezident Marqvelaşvili qarşılayacaq”, – Gürcüstan prezidentinin beynəlxalq məsələlər üzrə müşaviri Tenqiz Pxaladze jurnalistlərə deyib.

Müstəqil ekspertlərin fikrincə, Gürcüstan qonşu ölkələrlə münasibətləri korlamamaq üçün “erməni soyqırımı”nı tanımır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR