Ərdoğanın partiyasına silahlı hücum: keçmiş deputatın oğlu öldü

91703_res_01Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Batmandakı seçki qərargahına silahlı hücum təşkil edilib.
Məlumata görə, hücumda sabiq millət vəkili Nezir Nasıroğlunun oğlu Abit Nasıroğlu ölüb, bir nəfər isə yaralanıb. Hücum edən şübhəli isə qaçarkən vurulub.
Silahlı hücumun siyasi səbəblərdən həyata keçirildiyi iddia olunur.
AKP-li namizəd Adile Gürbüz silahlı hücumu edən şəxsin kim tərəfindən vurulduğunu görmədiklərini deyib: “Salona girib, atəş açıb qaçdılar”.
Silahlı hücumu təşkil edən şəxs yaralanıb və xəstəxanaya çatdırılıb.Anspress

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR