​Türkiyənin “Fənərbaxça” klubunun ofisi hücuma məruz qalıb

1cda83cb-e712-4cd5-ba3a-ee47a67be937_292Türkiyənin “Fənərbaxça” klubunun paytaxt Ankarada yerləşən ofisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, canilər ofisin şüşə qapısını qıraraq içəri daxil olublar və ofisdəki kompüter və digər avdanlıqlara ziyan vurublar.

Hadisə zamanı ofisin pəncərələri də qırılıb.

Polis hücum edənlərin şəxsiyyətini hələ ki, müəyyən edə bilməyib.

Bundan əvvəl, İstanbul klubunun içərisində əsas heyət futbolçularının olduğu avtobusu atəşə tutulmuşdu.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR