Nepalda güclü zəlzələ nəticəsində 150-dən çox insan həyatını itirib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, zəlzələ nəticəsində ölkənin paytaxtı – Katmandu şəhərində – bir neçə ev dağılıb.
ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin episentri Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə yerləşib və 7,9 bal gücündə olub.
Yeraltı təkanlar həmçinin Hindistanın Dehli, Kolkata və Lakxnau şəhərlərində də hiss edilib.