Suriya müxaliflərinin əməliyyatı nəticəsində ölkənin şimalında yerləşən İdlib əyalətinin Cisr əş-Şuqur şəhəri Əsəd rejimindən azad edilib.
Axar.az xəbər verir ki, İdlib-Həma-Latakiya üçbucağının ən əhəmiyyətli qovşaq nöqtəsi olan Cisr əş-Şuqur şəhəri üç gün davam edən şiddətli qarşıdurmalardan sonra müxaliflərin əlinə keçib.
Şəhərin müxaliflərin əlinə keçməsi Əsəd rejiminin şimalla əlaqəsini kəsib.
Xatırladaq ki, sözügedən şəhər 2011-ci ildə Suriyada ilk silahlı əməliyyatların reallaşdığı məkandır və Azad Suriya Ordusunun təməli məhz bu şəhərdə qoyulub.