“Vağzalı” əvəzinə Dövlət Himni – deputat oğlunun toyunda

28298d7fd4c30b435b31ec9669425e0eMillət vəkili Fərəc Quliyev oğluna toy edib.  Qafqaznews.az  qaynar.info-ya istinadən xəbər verir ki, deputatın ortancıl oğlu Nikbin Quliyev aprelin 24-də ailə həyatı qurub. Toy paytaxtda yerləşən şadlıq saraylarının birində baş tutub. Toyun aprelin 24-də qeyd edilməsi də əvvəlcədən düşünülüb. Belə ki, mərasim Çanaqqala zəfərinin 100-cü ildönümü ilə eyni günə düşür.

Toyda daha bir maraqlı hadisə isə bəylə-gəlin restorana daxil olarkən yaşanıb. Adətən ənənəvi hal almış “Vağzalı” musiqisi deyil, Azərbaycan himni səsləndirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR