Sərxoş olub yatan qıza görün sevgilisi neylədi VİDEO

89337Qızın üstünü örtən oğlan kameraya yaxınlaşır və kampaniyanın şüarını səsləndirir: “Həqiqi kişi təcavüz etməz”

“İctimai öhdəliklər” layihəsi çərçivəsində qeyri-adi video çarx hazırlanaraq sosial şəbəkələrdə paylaşılıb.

ANS PRESS-in məlumatına görə, “Həqiqi kişilər təcavüz etməzlər” adlı kampaniyaya aid video çarxda yataq otağında qız və onun sevgilisi əks olunub.

Cütlük burada alkoqollu içki qəbul edir və bir müddət sonra qız sərxoş olaraq yuxuya gedir.

Yerindən qalxan oğlan kameraya yaxınlaşaraq, “O çox içdi və indi tamamilə gücsüzdür. Baxın görün indi nə baş verəcək” – deyir.

Qızın yanına gedərək onun üstünü örtən oğlan bir daha kameraya yaxınlaşır və kampaniyanın şüarını səsləndirir: “Həqiqi kişi təcavüz etməz”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR