Baltimorda 15 polis əməkdaşı yaralandı

96f07f3ea4e2b049e53404f31153c13cABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasında toqquşmalarda 15 polis əməkdaşı yaralanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir.

CNN telekanalının məlumatına görə, şəhərdə yanğınların başlandığı bildirilir. Yanğın bir neçə qeyri-yaşayış binası və talan edilmiş ticarət obyektlərini əhatə edir.Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Zərərçəkənlər barədə məlumat verilmir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR