Yeni dünya rekordu – 5,25 saniyə VİDEO

89524Bernsin çdu Ginnessin Rekordlar Kitabına düşəcək

Amerikalı yeniyetmə Kolin Berns kubik-rubik oyununda dünya rekorduna imza atıb.

ANS PRESS-in məlumatına görə, O 5,25 saniyə ərzində oyunun öhdəsindən gəlməyi bacarıb.

2013-cü ilin rekordu 5,55 saniyə idi. Berns rekordu Pensilvaniyada keçirilən yarışlarda qırıb. Yariş kubun Ümumdünya assosiasiyası (World Cube Association, WCA) təşkilatçılığı ilə keçirilib.

WCA nümayəndəsi Tim Reynolds bildirib ki, Berns kubik-rubik üzrə yarışlarda rekordu vurmağı bacarıb.

Reynolds qeyd edib ki, çox güman ki, Bernsin rekordu Qinnessin rekordlar Kitabına düşəcək.

2014-cü ildə Kolin Berns kubik-rubik oyunu üzrə ABŞ-ın çempionu olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR