Abşeronda kütləvi dava: yaralanan var

92415_res_01Saray qəsəbəsində yerləşəmn kafelərdən birində dava-dalaş olub.

Abşeron Rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, qəsəbədəki “Qatar” kafesində müştərilər Ağayev Arif Abdulla oğlu və Ağayev Tural Azər oğlu arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və T.Ağayev bıçaqla A.Ağayevə xəsarət yetirib. Bundan sonra dava daha da qızışıb və hər iki şəxsin ətrafında olan şəxslər də münaqişəyə qoşulublar.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

T.Ağayevi saxlanılıb, araşdırmalar aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR