Mətbuat xidmətinin rəhbəri nazirin dediklərini inkar edir?
29 apreldə Əli Abbasov jurnalistlərə bildirib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı ərazisində simsiz Wi-Fi şəbəkəsinə daxil olmaq üçün tədbirlər planı hazırlayıb. Nazirin sözlərinə görə, simsiz internetə daxil olmaq imkanı parkları, Avropa oyunlarının keçirildiyi ( Olimpiya kəndi ) yerləri və ora yaxın əraziləri əhatə edəcək. Publika.az).
Nazir onu da qeyd edib ki, biz provayderlərin əksəriyyətinə təklif edirik ki, onlar 2 ay müddətində pulsuz xidmət göstərsinlər, sonra isə öz fəaliyyətlərini kommersiya əsasında davam erdirsinlər.
Hazırda Dənizsahili parkın ərazisi simsiz internetlə tam əhatə olunub. (Тrend.az).
Bütün bu yazılanlara rəğmən nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov yayılan informasiyanı təkzib edib.
Müşfiq Əmirov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki: “ Hər bir qurum öz ərazisində internetin olub-olmadığını özü müəyyən edir”.
Müxbirimizin “ Bu qurumlar öz ərazilərində pulsuz internetdən istifadə etməyə hazırlaşırlar” fikrinə Əmirov belə mübasibət bildirib: “ Bu barədə bizə heç nə məlum deyil”.
Məsələ ilə bağlı “Yeni Nəsil” jurnalistlər bilrliyinin sədri Arif Əliyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) aşağıdakıları söylədi: “ Nazirin çıxışındakı məntiqə əsasən Azərbaycanda pulsuz internet nəzərdə tutulur. Məncə, nazirliyinin mətbuat xidməti situasiyanı düzgün qimətləndirməyib. Çox istəyərdim ki, Azərbaycanda pulsuz internet həmişə olsun. Həm də ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, bütün ictimai yerlərdə internet pulsuz olacaq”.
Araz Məmmədov, Rəşad Rüstəmov
Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)