“Azercell”in keçmiş rəhbəri diplomunun saxtalığında ittiham olunur

8370243Cinayət işi açılıb.

Moldovanın baş naziri Kirill Qaburiçə qarşı təhsil haqqında sənədlərin saxtalaşdırılmasında şübhəli bilindiyinə görə cinayət işi açılıb. Bu barədə ölkənin daxili işlər naziri Oleq Balan məlumat verib.

“İndiyə qədər bu işin materiallarına cinayət prosesinin çərçivəsində baxılırdı. Bu gün isə saxta sənədlərin hazırlanması, saxlanılması, satılması və istifadəsini nəzərdə tutan 361(1) m. üzrə cinayət işinin açılmasına dair qərar qəbul edilib”, – Balan jurnalistlərə çərşənbə günü bildirib.

Bu barədə oxu.az İnterfaks-a istinadən xəbər verir.

Qeyd edək ki, Qaburiç Moldova hökumətinə 2015-ci ilin fevral ayının 18-dən başçılıq edir. Həmin dövrə qədər o, Moldcell mobil əlaqə şirkətində çalışırdı, o cümlədən də Azercell şirkətində iki il müddətində baş direktor vəzifəsində çalışıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR