Futbol üzrə Türkiyə I divizionunda ilk turun oyunları davam edir. Qol.Az-ın məlumatına görə, milli komandamızın üzvü Vaqif Cavadovun şərəfini qoruduğu “Qaziantep” BB öz meydanında “Boluspor”la qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.Meydan sahiblərinin yeganə qolunu matçın 34-cü dəqiqəsində Vaqif Cavadov vurub.
Tweet