Əsgər bayraqla havaya uçdu (VİDEO)

90101İnadkar əsgər nəhəng bayrağı vaxtında buraxmaq istəməyib

Meksikada hərbi keçid zamanı bayraq tutan adam ölümdən qayıdıb.

ANS PRESS-in məlumatına görə, ölkənin Duranqo şəhərində keçirilən hərbi tədbirə nəhəng bayraq gətirilib. Bayrağı hər tərəfdən çox sayda əsgər tutub. Lakin güclü külək əsdiyi üçün hərbçilər bayrağı tuta bilməyəcəklərini anlayıb və onu buraxıblar.

Əsgərlərdən biri inad edərək bayrağı buraxmayıb. Bu zaman o, nəhəng parça ilə birlikdə havaya qalxıb və bir müddət havada bayraqdan asılı vəziyyətdə qalıb.

Külək səngiyəndə isə bayraq yerə düşüb. Bu zaman əsgər də bayraqla birlikdə yerə çırpılıb. Xoşbəxtlikdən inadkar hərbçiyə ciddi xəsarət dəyməyib. O, bu hadisədən yüngül xəsarətlərlə xilas ola bilib. Video görüntü isə internetdə sürətlə yayılaraq böyük marağa səbəb olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR