Biləsuvar icra hakimiyyətində yoxlamalar başlayır – ŞOK

img1264134Bir müddət öncə mətbuata verilən rəsmi məlumata görə, Neftçala rayonunda maliyyə yoxlamaları başladı. Rayonun bütün idarə və təşkilatlarında yoxlama aparıldı və ciddi qanun pozuntuları aşkar edildi. Qafqaznews.az-a daxil olan eksklziv məlumata görə, eynitərkibli yoxlama yaxın günlərdə Biləsuvarda aparılacaq. Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, bu yoxlamanın qarşısını almaq üçün icra başçısı Mahir Quliyev müəyyən danışıqlar aparsa da ciddi nəticəyə nail ola bilməyib. Mənbə bildidir ki, yoxlama əsasən rayon icra hakimiyyətinə ayrılan vəsaitin düz 2 milyon manatının hara yoxa çıxmasını üzə çıxarmaqdır.

Məlumat üçün bildirək ki, Mahir Quliyev bu yoxlamadan bərk narahat olub və hətta vəzifədən getmək üçün hazır olduğunu bildirib. Dəqiq təfərrüatlar barədə məlumat verəcəyik.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR