Ordumuz hərbi təlimlərə başlayır

73234Azərbaycan və Türkiyənin keçirəcəyi təlim Bakıda və Naxçıvanda olacaq

Azərbaycan və Türkiyə ordusu bu gündən hərbi təlimlərə başlayır.

ANS PRESS-in Türkiyə Baş Qərargah idarəsinin internet saytına istinadən verdiyi məlumata görə, 11 – 15 may tarixlərdə Naxıvanda və Bakıda baş tutacaq.

Hərbi təlimlər məqsədi, Türkiyə və Azərbaycan Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanın inmkişafı, qarşılıqlı məlumat və təcrübə mübadiləsi və birgə fəaliyyəti inkişaf etdirməkdir.

Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi təlimlərin Bakıda keçirilən bölümündə 1 piyada diviziyası, Naxçıvanda keçirilən bölümündə isə 1 Mexaniki Piyada Briqadası ilə iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR