Elmar Məmmədyarov Əfqanıstan və Avropanı birləşdirməyə çağırdı

скачанные файлы“Bakı-Tbilisi-Qars bu baxımdan çox önəmlidir”.

Azərbaycan qoşunlar, çoxtəyinatlı tranzit imkanları, təlim və maliyyə yardımı ilə nəzərəçarpacaq dərəcədə NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verir.

Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu barədə NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərinin xarici işlər nazirlərinin iclasında Azərbaycanın xarici işlər naziriElmar Məmmədyarov çıxışında deyib.

“2012-ci ildə Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun etimad fonduna bir milyon avro dəyərində töhfə vermiş və 2017-ci ilin sonuna qədər bu etimad fonduna əlavə iki milyon avro töhfə verəcəkdir, – nazir bildirib.

Nazirin sözlərinə görə, əvvəlki illərin təcrübəsi göstərir ki, yalnız hərbi yardım Əfqanıstanda davamlı sülhün bərqərar olması üçün kifayət deyildir.

“Ona görə də ölkəmin Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarına cəlb olunmaqdan daha genişdir.

Təhsil, təlim, infrastrukturun inkişafı, sərmayələr və maliyyə yardımı sahəsində praktiki töhfələri artıraraq, Əfqanıstanın özünə güvənini dəstəkləyirik”, – E. Məmmədyarov deyib.

XİN başçısı deyib ki, Əfqan hökumətinə müfəssəl islahatlar gündəliyinin ən mühüm tərkib hissəsi nəqliyyat infrastrukturudur.

“Biz mümkün ən qısa yol vasitəsilə Əfqanıstan və Avropanı birləşdirməliyik. Xəzər dənizinin Azərbaycan hissəsindəki yeni Ələt dəniz limanı və Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu bu baxımdan, eləcə də tarixi İpək Yolunun bərpası baxımından çox önəmlidir”, – nazir bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR