Supermen: komikslərdən ekranlara – FOTO

superman18_3031897kSupermeni tanımayan bəlkə az olar. Bu qəhrəmanın komiksləri ilə amerikalıların bir çox nəsilləri böyümüşdür.

Supermen və onun alter eqosu olan Klark Kent zamanla mübarizədən alnı açıq çıxdılar.

Qafqaz Xəbər Agentliyinin ( qafqaznews.az ) telegraph.co.uk saytına istinadən verdiyi məlumata görə, Supermen ilk dəfə Action Comics-də 1938-ci ilin iyun ayında çıxmışdır.

Supermenin yaradıcısı Cerri Siqel və Co Şuster idilər. Qəhrəman Kripton planetində anadan olmuş. Lakin planetin məhv olmasına bir neçə an qalmış Yer üzünə göndərilmişdir. Supermen yenilməz gücə və imkanlara malik idi. O, tez-tez Yer kürəsinin əhalisini bir çox böyük təhlükələrdən xilas edəcəkdi.

Supermenin həyatı və qəhrəmanlıqları haqqında 1939-cu ildə çapdan çıxan kitab 1999-cu ildə 51 000 dollara satılmışdır.

1950-ci illərdə Supermenin qəhrəmanlıqları haqqında bəhs edən filmdə baş qəhrəmanı Corc Rivs oynamışdır. Maraqlısı budur ki, 1970-ci illərdə ekranlara çıxan filmdə Supermeni Kristofer Riv oynamışdır. Göründüyü kimi, baş rol ifaçıları tək Supermen deyil, eyni zamanda soyad oxşarlıqları da birləşdirir.

Kristofer Riv Supermeni 1978-ci ildə oynamışdır. Filmdə onun tərəf müqabilləri Corc-Ela rolunun ifaçısı Marlon Brando və baş qəhrəmanın qatı düşməni Leks Lütoru canlandıran Cin Hekman idilər.

Supermenin ən əsas üstünlüklərindən biri onun uça bilmək qabiliyyəti idi. Qəhrəman işıq sürəti ilə uçur.

1994-cü ildən 1997-ci ilədək ekranlara Supermen haqqında serial çıxdı.

2006-cı ildə Brayan Singer “Supermenin qayıdışı” adlı ekran işini ərsəyə gətirdi. Baş rolu filmdə Brendon Raut oynayır. Leks Lütorun rolunu Kevin Speysi oynayırdı.

superman16_3031887ksuperman19_3031935ksuperman22_3037092k

 

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR