Meksikada narkomafiya məhv edildi- 40 ölü -Video

40323Meksikanın qərbində xüsusi xidmətlə narkomafiya üzvlərinin toqquşması nəticəsində 40 nəfər həlak olub.

ANS PRESS-in məlumatına görə, uğurla başa çatan əməliyyat zamanı minlərlə ton narkotik bitki məhv edilib.

Lakin polis qüvvələri daha bir maneə ilə rastlaşıb ki, bunun nəticəsi gözlənilməz ola bilərdi. Belə ki, mafiya üzvləri küçələrə yerləşdirilən kameralar vasitəsilə polisin hər bir addımını güdürmüş. “France 24” xəbər verir ki, asayiş qoruyucuları müxtəlif yerlərdə 39 videoizləmə kamerası aşkarlanıb və müsadirə olunub.

Qeyd olunur ki, kameralar bələdiyyə xidmətinin istifadə etdiyi dirəklərə, hərbi və polis olmaqla digər dövlət qurumları qabağına yerləşdirilib. Eləcə də kameralar əsas bulvar və ticarət məskənlərində də aşkarlanıb.

Bütün kameralar internet modem və ya naqil vasitəsilə internetə qoşulu olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR