Bakıda avtobusda daha bir sürücü özbaşınalığı: Çənəni sındıraram (VİDEO, FOTO)

9180588 saylı marşurutda sərnişinlər sürücüyə etiraz etdi

Bakıda sərnişin avtobusunda daha bir sürücü özbaşınalığı baş verib.

ANS PRESS-in məlumatına görə, 10-TH-026 dövlət nömrə nişanlı 88 saylı marşurutun sürücüsü avtobusu idarə edərkən telefonla danışıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.

Sərnişinlər sürücüyə etiraz edərək bildiriblər ki, avtobusu idarə edərkən telefonla danışmasın. Daha sonra Türkiyə vətəndaşı ilə sürücü arasında mübahisə düşüb.

Sürücü isə bu iradla razılaşmayıb və sərnişinin üzərinə qışqırıb, “çənəni sındıraram” deyib. Halbuki, sürücü avtobusu telefonla danışa-danışa idarə edərkən sərnişinlərin də həyatını təhlükə altına atır.50357f0843d4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR