Gürcü məmur iş yerində özünü öldürdü

shoot2Həkimlər onu xilas edə bilməyib.

Dünən Tbilisi şəhəri üzrə Probasiya xidmətinin rəisi Besik Tsxadadzedünyasını dəyişib.

Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, bu barədə onun qohumları xəbər verib. Onların sözlərinə görə, Tsxadadze əməliyyat olunsa da, vəziyyəti çox ağır olub və həkimlər onu xilas edə bilməyib.

Onun qohumları bildirib ki, o özü baş nahiyəsinə odlu silahla atəş açıb. Onlar bunun sui-qəsdə cəhd və ya bədbəxt hadisə olmasını deyə bilmirlər.

Məlumata əsasən, Tsxadadze dünən xidmətdə olub və həmişəki kimi öz vəzifələrini yerinə yetirib.

Artıq ölüm həddinə çatdırma maddəsi üzrə cinayət işi açılıb.

Ehtimal olunur ki, sui-qəsdə cəhdin səbəbi ailə münaqişəsi ola bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR