Abşeronda bələdiyyə sədri və həyat yoldaşı öldürüldü

96539Bakının Abşeron rayonunda dəhşətli qətl törədilib

Azvision.az-ın əldə etdiyi məlumata görə, öldürülən şəxs Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbdülhəsənova və həyat yoldaşı Vəfadar Əbdülhəsənovdur.
Hadisə gecə saatlarında onun yaşadığı Saray qəsəbəsindəki evində baş verib. Evə hücum edən şəxs bələdiyyə sədrinin başını kəsib, həyat yoldaşını isə güllələyib. Daha sonra izi itirmək üçün evi yandırıb.
Abşeron Rayon Polis İdarəsindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törədən 1980-cı il təvəllüdlü Hüseynov Fədai Güloğlan oğlu tutulub. O, ifadəsi zamanı cinayətı törətdiyini etiraf edib.
Artıq Fövqəladə Hallar Nazirliyi də baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 350 kv.m olan ikimərtəbəli 8 otaqlı evin birinci mərtəbəsində 1 otaq və əşyaları 20 kv.m sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
***
APA-nın məlumatına görə, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Azərbaycanda xanım bələdiyyə sədri və həyat yoldaşı qətlə yetirilib.
Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb, cinayət işi başlanıb, istintaq gedir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR