Sahə müvəkkili DİN-i təkzib edir..?

img18314828 iyunda Saray qəsəbəsinin bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov öz evlərində amansızlıqla qətlə yetirilib. Hadisə ilə bağlı DİN əməliyyat qrupu yaradıb, cinayət işi açılıb və istintaq gedir. Görülən tədbirlər nəticəsində Saray sakini Fədai Hüseynov saxlanılıb. İstintaq davam edir. ( APA )
Biz məsələni araşdırmaq qərarına gəldik.
Saray qəsəbəsinin sahə inspektoru Koroğlu Dünyamalıyev Qafqaz Xəbər Agentliyinə bildirdi ki, Fədai Hüseynov özü təslim olub: “ O, özü zəng elədi və dedi ki, təslim olmaq istəyir. Mən soruşdum ki, haradasan? O, bildirdi ki, polis məntəqəsinin yanında. Mən onu polis maşınına oturdaraq həbsxanaya göndərdim”.
Müxbirimizin “ O, Həsənovları ölüdürməsinin səbəbini sizə dedimi?” sualına sahə inspektoru belə cavab verdi: “ Mən bu barədə soruşdum. O dedi ki, belə alındı..”.

Rəşad Rüstəmov

Qafqaznews

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR