Avtobus sürücüsünün özbaşınalığı – VİDEO

39579Bu qədər söz-söhbət və təlimatdan sonra qarşı yola çıxıb qəza şəraiti yaratmaq «biz düzələn deyilik» deməkdir
Bu avtobus sürücüsünün özbaşınalığı onu göstərir ki, indiyə qədər deyilən sözlər, görülən tədbirlər, atılan addımlar ona və onun kimilərə aid deyil. Bəzən deyəndə ki, avtobus sürücüləri düzələn deyil, çoxları inanmır. Bu da fakt…
Mayın 28-də, 7-ci mikrorayon ərazisində hərəkət edən bu avtobus Şövkət Məmmədova küçəsində əks yola çıxaraq hərəkət edib. Özü də onun hərəkəti elə-belə hərəkət deyil…
Avtosfer.az-ın məlumatına görə, bu video sosial şəbəkələrdə yayılıb. Videodan da göründüyü kimi, 13 saylı marşrut üzrə hərəkət edən 10 TF 515 dövlət nömrə nişanlı avtobus sürücüsü açıq-aşkar kobud qayda pozuntusu törədir. Bu, adi qayda pozuntusu deyil. Burada nəqliyyat vasitəsi tam olaraq qarşı yola çıxıb və qəza şəraiti yaradır. Yəqin ki, aidiyyatı qurumlar bu sürücünü tapıb cəzalandırmaqda çətinlik çəkməyəcəklər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR