18 yaşlı gənc keçmiş sevgilisinə bıçaqla hücum edib – FOTO

1411056493050_wps_1_Image_31935938_Sophia_Put (1)Ötən bazar ertəsi ABŞ-ın Miçiqan ştatında yaşayan 17 yaşlı Sofiya Putni-Uilkoks keçmiş sevgilisi 18 yaşlı Adəm Şiqvacanın hücümuna məruz qalıb.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az) xarici mətbuata istinadən verdiyi məlumata görə, Şiqvaca bıçaqla silahlanaraq, qızın yaşadığı ünvana gəlib və ona otağında hücum edib. Cinayətkar Sofiyanın başından ağır zərbə endirərək onu yaralyıb. Bundan sonra qan içində qalan qızın ağır vəziyyətinə məhəl qoymayan oğlan onun otağını da yandırmağa cəhd göstərib. Səs-küyə otağa əlində çomaq Sofiyanın qardaşı daxil oldu. Adəm bu an pəncərədən tullanaraq qaçıb gedib. Qızın otağında başlayan yanğını söndürmək mümkün olub.

Adəm Şiqvaca polis tərəfindən ələ keçirilib.

Maraqlısı bundan ibarətdir ki, 2013-cü ilin fevral ayında Sofiya keçmiş sevgilisinin hücumuna artıq bir dəfə məruz qalmışdır. O vaxt qız məhkəməyə müraciət edərək üçüncü hakimiyyətin Adəmə ona yaxınlaşmasını qadağan etməsini istəmişdir. Lakin məhkəmə Sofiyanın vəsadətini rədd etmişdir. Vaxtı ilə Adəm Şiqvaca və Sofiya Putni-Uilkoks 1,5 il münasibətdə olublar.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

1411056497608_wps_2_Image_31935936_Sophia_Put1411069169381_wps_1_KALAMAZOO_MI_A_lot_of_tea1411069191467_wps_2_KALAMAZOO_MI_A_lot_of_tea

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR