Cəmiyyət “Mədəd -Azərbaycan”ın fəaliyyətinin araşdırılmasını tələb edir? VİDEO,FOTO

234-copy110 iyun 2015-ci ildə “Qafqaznews”da “Məktəblərin kompüterləşməsini “biznesə” çevirənlər” başlıqlı məqalə dərc olunub.
Məqalə keçmiş nazir Misir Mərdanovun vaxtında 4 mindən artıq orta məktəbin kompüterləşməsinin düzgün əsaslarla aparılmadığından bəhs edir: “ Məktəblərin kompüterləşməsi məsələsində xeyli maxinasiyalar olub. Emil-Mamedov-11Belə ki kompüterlər ucuz qiymətə alınsa da baha qiymətə sənədləşdirilib. Və ortada milyonlar mənimsənilib. Bu “əməliyyat”da “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi və digərləri fəal iştirak edib. “Mədəd”-in kimə məxsus olması ilə bağlı xırda araşdırma zamanı məlum oldu ki, keçmiş nazir Misir Mərdanovun vaxtında orta məktəblərin kompüterləşdirilməsində məhz “Mədəd”in sədri Emil Məmmədov nazirin “sağ əli” olub”.
Görəsən, ictimai təşkilat orta məktəbləri necə kompüterləşdirib..?
Samir-Mamedov1-300x225Suala cavab tapmaq üçün “Mədəd” təşkilatı ilə bağlı məlumat toplamaq qərarına gəldik.
Məlum oldu ki, “Mədəd” İctimai Birliyi həqiqətən də Təhsil Nazirliyi ilə aktiv əməkdaşlıq edir. Amma orta məktəblərin kompüterləşməsində deyil, informasiyalaşdırılmasında iştirak edir. Məktəblərin informasiyalaşdırılması “Mədəd-Azərbaycan” MMC tərəfindən həyata keçirilib.madad-300
“XXI əsr Təhsil Mərkəzi”nin rəhbəri Etibar Əliyev bildirib ki, “Mədəd-Azərbaycan” MMC 1999-cu ildə təsis olunub: “ Ölkə başçısının sərəncamı ilə 2005-2007-ci illər üçün “Orta məktəblərin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı” proqramı təsdiq olunub. Bu proqramı həyata keçirmək üçün 30 milyon manat pul ayrılıb. Təhsil Nazirliyi dövlət proqramını həyata keçirmək üçün “Mədəd-Azərbaycan”ı seçib. Heç kimin tanımadığı bir təşkilata milyonlarla vəsait ayrılıb. Aydındır ki, pulları mənimsəmək üçün bu qurum yaradılıb. Tenderdə ilk dəfə iştirak edən yeni qurum necə qələbə qazana bilərdi..?”Emil Mamedov 2
Emil-Mamedov-41Etibar Əliyevin fikrincə, “Mədəd-Azərbaycan” indiki nazirin vaxtında da öz maxinasiyalarını davam etdirir: “ Biz düşünürdük ki, təzə nazir “Mədəd-Azərbaycan”ın maxinasiyaları ilə bağlı Baş prokurorluğa müraciət edəcək. Amma bu baş vermədi”.
Ekspert nazir Mikayıl Cabbarovdan soruşur ki, “Mədəd-Azərbaycan”ın fəaliyyəti ilə bağlı monitorinq keçirilibmi?
(azadliq.info).
Yeri gəlmişkən, həqiqətən də “Mədəd-Azərbaycan” 1999-cu ildə təsis olunub.
“Mədəd-Azərbaycan” 12 illik təcrübəsi ilə təhsil, İKT, iqtisadiyyat, səhiyyə sektoruna töhfə verib. (madad.net).
“Mədəd – Azərbaycan” şirkəti ilə bərabər “Mədəd” adlı ictimai birlik də fəaliyyət göstərir. Bu birliyin sədri Emil Məmmədovdur. Bu qurum da Təhsil Nazirliyi ilə fəal əməkdaşlıq edir. (edu.gov.az).
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə bizə bildirdi ki: “ Azərbaycanda eyni zamanda “Mədəd” QHT və “Mədəd – Azərbaycan” şirkəti fəaliyyət göstərir. Onların rəhbərləri fərqli şəxslərdir”.
Ancaq “Mədəd – Azərbaycan” şirkətinin əməkdaşı bizə bildirdi ki, “Mədəd” QHT-nin başçsı eyni zamanda “Mədəd – Azərbaycan” şirkətinin təsisçisi və rəhbəridir.
Biz “Mədəd- Azərbaycan”ın fəaliyyətinə monitorinqin olub-olmadığını aydınlaşdırmaq qərarına gəldik.
Həm də necə olur ki, nazirliyin tenderini udan şirkərin və nazirliklə əməkdaşlıq edən QHT-nin rəhbəri eyni şəxs olur?Emil Mamedov 3
Bu sualları Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehova ünvanlasaq da, o bizim suallara cavab vermədi.47393_src1
Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Qafqaz Xəbər Agentliyinə bildirib ki, Azərbaycanda bir çox biznesmenlər eyni zamanda QHT rəhbərləridir: “Bu biznesmenlər öz əlaqələrindən istifadə edərək hökumətin və beynəlxalq təşkilatların ayırdığı qrantlardan qazanmaq istəyirlər”.
14 may 2013-cü ildə bizimyol.info məlumat verir ki, “British Counci” təşkilatı “Mədəd” ictimai birliyinə 30046 manat qrant verib. Amma “Mədəd” İB xərclənən pulların hesabatını təqdim etməyib.

Rəşad Rüstəmov

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR