Gor eşən polis mayoru işdən qovuldu

selbir1Qafqaz Xəbər Agentliyinə Zaqatala şəhərindən  maraqlı bir məlumat daxil olub. Belə ki, məlumatda deyilir ki, təxminən 3 ay bundan əvvəl Zaqatala RPŞ-nin xidmət üzrə baş inspektoru, polis mayoru Xaliq  daxili işlər orqanlarından qovulub. Mənbənin bildirdiyinə görə Xaliq  Novruzovun  Zaqatala rayonunda qanunsuz əməlləri çox olub,ancaq biz həmin çoxsaylı faktları araşdırmadığımızdan  onları tam dəqiqliyi ilə oxuculara təqdim edə bilməyəcəyik.

Yalnız onu bildirək ki, Xaliq Məmmədov sonuncu vəzifəsindən əvvəl Balakən RPŞ-nin narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə işçi qrupunun baş əməliyyət müvəkkili vəzifəsində xidmət edib. Qeyd edək ki, Xaliq  Novruzov polis mayoru olduğuna baxmayaraq  özü Zaqatalada 200 min manatlıq Porsche Cayenne,ailə üzvləri isə 100 min manatlıq sonuncu, ən bahalı Nissan İnfiniti markalı avtomaşında gəzir.

Xaliq Novruzovun daxili işlər orqanlarından xaric olunmağı isə təxminən 4 ay bundan əvvəl Zaqatala rayonunun ərazisində gecəykən qədim qəbiri tapıb qazması səbəb olub. Belə ki,bu qəbrin neçə min il tarixi olsa da Xaliq  Novruzov bu məlumatı hüquq -mühafizə orqanlarından gizlədib və yəqin  fikirləşib ki,bu qəbirdən qədim əşyalar çıxsa  onu mənimsəsin. Ancaq gecəykən hadisə yerinə gəlib çıxan MTN-nin Zaqatala rayon şöbəsinin əməkdaşları Xaliq Novruzovun bu arzusunu ürəyində qoyublar. Hətta bu arzusu ürəyində qalmağı bir yana qalsın ,etdiyi hərəkətə görə  Xaliq  Novruzov hətta daxili işlər orqanlarından qovulub. Maraqlıdır ki,hadisə  Zaqatala rayon prokurorluğunda araşdırılsa da nədənsə Xaliq  Novruzov cinayət məsuliyyətinə cəlb edilərək həbs olunmayıb. Mənbənin bildirdiyinə görə Xaliq  Novruzov Zaqatala rayonunun keşmiş prokuroru İlham Həsənəlizadə ilə də yaxın dostluq münasibətindədir. Sonda onu da deyək ki,Xaliq  Novruzovun DİN-də  xidmət edən hansı generalla yaxın qohumluq əlaqələrinin olmasını  bilsək də etik qaydalara riayət edərək oxuculara bu haqda məlumatı təqdim etmirik.

Bizi izləyin, Xaliq  Novruzovla əlaqədar araşdırmamız davam edir…

Memo

Qafqaz Xəbər Agentliyi

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR