Bakıda qəza: Maşın arxası üstə aşdı – VİDEO

123Qəzanın görüntüləri yayılıb.

Bakıda svetoforun qırmızı işığından keçən sürücünün törətdiyi qəza təhlükəsizlik kameralarının yaddaşına düşüb.

“Qafqaznews” xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, DİN-in “Təhlükəsiz şəhər” xidmətinin kameraları vasitəsilə qeydə alınan görüntülərdə “Hyundai” markalı avtomobilin sürücüsünün kobud qayda pozuntusuna yol verdiyi açıq-aydın görünür.

Belə ki, Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilin sürücüsü svetoforun qırmızı işığına məhəl qoymadan hərəkəti davam etdirir. Bu zaman Vaqif küçəsi ilə hərəkət edən “Mercedes” markalı avtomobil “Hyundai” markalı avtomobili tən ortadan vuraraq arxası üstə aşırır.

Göründüyü kimi, bu qəzada günahkar elə aşan avtomobilin sürücüsüdür.

“Qafqaznews” həmin qəzanın görüntülərini təqdim edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR