“Babək Plaza”nın baş direktoru müştərilərlə niyə kobud davranır? –Foto

1372250647_Babek PlazaMərkəzin direktorunun kobud rəftarı “Babək Plaza” ya qarşı mənfi fikir oyadır

Bildiyimiz kimi “Babək Plaza”Bakıda, iş adamları üçün hər bir şərait yaradılan sanballı biznes mərkəzlərindən biridir.Bu baxımdan bizim hansısa obyekti antireklam etmək fikrimiz yoxdur, ancaq bu yaxınlarda “Babək Plaza” nın …
Qafqaz Xəbər Agentliyi  bildirir ki, Mərkəzin direktorunun kobud rəftarı “Babək Plaza” ya qarşı mənfi fikir oyadır. Bildiyimiz kimi “Babək Plaza”Bakıda, iş adamları üçün hər bir şərait yaradılan sanballı biznes mərkəzlərindən biridir.Bu baxımdan bizim hansısa obyekti antireklam etmək fikrimiz yoxdur, ancaq bu yaxınlarda “Babək Plaza” nın müştərilərinin, bu biznes mərkəzdə baş verən bəzi neqativ məqamlar haqda redaksiyamıza ünvanladığı şikayət məktubları əsasında biz araşdırma apardıq və bizə məlum oldu ki, “Babək Plaza” nın sahibi Etibar Əliyev olsa da ,bu obyekti ürəyi necə istəyirsə,elə elə də “fırladan” Fərid İbrahimov adlı şəxsdir. “Babək Plaza” nın işləri Etibar Əliyev tərəfindən oğlu Kəramət Əliyevə həvalə olunsa da, 17 mərtəbəli möhtəşəm və müasir biznes mərkəzinin baş direktoru Fərid İbrahimov elə idarə edir ki,sanki o məsul işçi yox, obyektin əsl sahibidir. Misal üçün, “Babək Plaza” nın rəhbəri Kəramət Əliyev özü şəxsən müştərilərlə nəzakətli rəftar etsə də,onun xəbəri olmadan Fərid İbrahimov, öz başına yığdığı “mütəşəkkil” dəstəsilə müştərilərə qarşı elə kobud rəftar edir ki, həmin müştərilərin dediyinə görə,bu onlarda “Babək Plaza” ya qarşı mənfi fikir oyadır.1372250514_Babek-yuma

Amma binəva müştəri nə bilsin ki, Fərid İbrahimov elə özü də Etibar Əliyevlə onun oğlunun ziyanına işləyən şəxsdir. Belə ki,Fərid Etibar Əliyevin keçmiş şərikinin baldızı oğludur. Həmin keçmiş şərikin ki, bu gün Etibar Əliyevlə arası dəyib. Fərid İbrahimov üzdə özünü rəhbərliyə sadiq göstərsə də,başına yığdığı “mütəşəkkil dəstə” ilə əlaltdan rəhbərliyin əleyhinə işlər görür. Yəni bir sözlə , çox mədəni şəxslər olan Etibar Əliyevlə oğlu Kəramət Əliyevi, “Babək Plaza” nın müştərilərinin gözündən salır. Deməli belə çıxır ki, Fərid İbrahimovun bu obyektdə öz misiyası var .O dəfələrlə baş direktor vəzifəsindən süni istifadə edərək “Babək Plaza” nın aşağısındakı yeraltı dayanacaqda onun tərəfindən təyin olunan işçilərin müştərilərə qarşı kobud rəftar etməsinə şərait yaradıb ki, bu da öz növbəsində istər-istəməz “Babək Plaza”nın yüksək imicinə xələl gətirir. Onun yarıtmaz idarəçiliyi ona səbəb olur ki, müştəri “Babək Plaza” ya, öz iş yerinə gəlməyə peşman olur.Bundan başqa, binanın avtopark-dayanacağının aşağısında yerləşən avto-yuyucu məntəqəsində, avtoyuyucu vəzifəsində işləyən Hümbətov Rövşən müştərilərin avtomaşınlarını sürərək dəfələrlə vurub əzməsi azmış kimi , üstəlik “Babək Plaza”nın xidmətindən istifadə edən müştərilərə qarşı çox kobud davranır, nalayiq sözlər işlətməkdən belə çəkinmir. Hətta Rövşən Hümbətovun hansı müştəridən xoşu gəlirsə,o müştərinin avtomaşınını yuyur, xoşu gəlməyənlərə isə rahatca rədd cavabı verərək deyir ki, Fərid müəllimin sizdən zəhləsi qetdiyi üçün,mən sizin avtomaşınınızı yumayacağam. …

Bu da Fərid İbrahimovun “Babək Plaza” da saxladığı və təimatlandırdığı kadrlardan biri… Fərid İbrahimov özünün “Babək Plaza” da “mütəşəkkil dəstə” formalaşdırması bəs deyil, hələ bir özünə oxşar qardaşını da “Babək Plaza”ya gətirib salıb. Bir sözlə bu şəxs səlahiyyəti çatmayaraq və “Babək Plaza” nın sahiblərinə heç bir qohumluq əlaqəsi olmayaraq özünü “Babək Plaza”nın gerçək sahibi kimi apararaq müştərilərdə binanın rəhbərliyinə və sahibinə qarşı narazıçılıq oyadır. Müştərilərin bir çoxunun dediyinə görə onlar dəfələrlə Kəramət Əliyevlə təsadüfən liftdə, rastlaşıblar və bu şəxs özünü onlarla o gədər sadə aparıb ki,müştərilər özlərində Fəridin etdiyi əməlləri bir anlığa unudublar. Ancaq sonradan yenə də Fəridin əməlləri təkrarlananda onlar məcbur olub Kəramət Əliyevə öz iradlarını bildiriblər,o da öz növbəsində Fərid İbrahimova ciddi xəbərdarlıq edib ki, müştərilərə qarşı nəzakətli davransın.Bundan sonra Fərid İbrahimov ,məzlum sifət alaraq müştərilərlə iki-üç gün süni surətdə mülayim davranıb, ancaq sonradan yenidən öz dəstəsi ilə müştərilərə qarşı kobud əməllərini davam etməyə başlayıb. Bununla da barışmayan müştərilər belə fikrə gəliblər ki, bu məsələ yalnız mətbuat vasitəsilə ictimaiyyətə çatdırılandan sonra öz həllini tapa bilər. Yəni ,“Babək Plaza” biznes mərkəzini özlərinə yaxın bilən onun çoxsaylı müştəriləri mətbuat vasitəsi ilə öz sözlərini Etibar Əliyevə çatdırırlar ki,o özü şəxsən bu məsələni nəzarətə götürsün və Fəridin ,“dəstəsi” ilə birlikdə “Babək Plaza” da törətdiyi əməllərinə son qoysun.

“Qafqaznews”

1372250520_Babek Plaza-direktor

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR